Məhdud Səmərəlilik

tələb olunan vaxtın, informasiyanın olmaması, həmçinin resurs təminatının kifayət etməməsi ilə əlaqədar ən səmərəli qərarların qəbul edilməsinin çətinləşdiyi şəraitdə təsərrüfat subyektlərinin məqsədyönlü fəaliyyəti.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Sifariş
OBASTAN VİKİ
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın. "Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
İqtisadi səmərəlilik
İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər. Pol Samuelson və Vilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar. Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir: müştəriləri üçün ən yüksək dəyəri yaratmaq; sahibləri üçün gəlirlilik; işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan "MM" adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Zaman puldur, səmərəlilik həyatdır
"Zaman puldur, səmərəlilik həyatdır", Çin xalq Respublikasının islahat və açılışının ilk mərhələsində Şençjen Şekou Sənaye Bölgəsinin inşası zamanı irəli sürülmüş təbliğat şüarıdır. Bu şüar 1981-ci ilin martında Şekou İnşaat komandiri-komandanı Yuan Geng tərəfindən irəli sürülmüş və Den Syaopin ilk dəfə 1984-cü ilin yanvarında Şenjen şəhərinə baxış keçirdiyi zaman təsdiqlənmişdir. İslahat və açılışda bu şüar "İdealogiyanın əsarətini qıran ilk bahar gurultusu" olaraq bilinəndən bəri ölkədə yayılmışdır. 1 oktyabr 1984-cü ildə, Çin Xalq Respublikasının qurulmasının 35-ci ildönümü münasibətilə keçirilən milli mərasimdə, şüar Tiananmen Meydanında Şekou Sənaye Bölgəsi tərəfinfən ortaya çıxdı. 1978-ci ilin dekabrında Çin Kommunist Partiyası XI Mərkəzi Komitəsinin Üçüncü Plenar iclasını keçirdi. Den Syaopin partiya sədri və baş nazir Hua Guofengi həqiqi ali lider olaraq dəyişdirərək islahat və açılışa başladı. 31 yanvar 1979-cu ildə Şençjen Şekou Sənaye Bölgəsi rəsmi olaraq quruldu və Çinin xarici dünyaya açılan ilk təcrübə zonası oldu. Yuan Geng, Şekou İnşaat Baş İdarəsinin komandiri vəzifəsində çalışmış və "Şekou Modeli" ni yaratmışdır. 1981-ci ilin mart ayının bir günü, Yuan Geng Honkonqdan Şekouya qayıqla üzdü və gəmiyə 6 şüar yazdı: "Zaman puldur, səmərəlilik həyatdır, müştərilər imperatordur, təhlükəsizlik qanundur, hər şey idarə olunur və hamı məsuliyyət daşıyır" Yuan Geng dərhal şüarın yaxşı olduğunu düşünən China Merchants Group'un idarəedici direktoru Liang Hongkun və China Merchants Information Room'un yapon tərcüməçisi Li Bingshengə göstərdi. Sonrakı sənaye bölgəsi kadr iclasında Yuan Geng əksər iştirakçılar tərəfindən təsdiqlənən bu 6 şüarı oxudu, lakin bəzi iştirakçılar Kommunist Partiyasının müştərilərə "imperator" kimi yanaşdığına qəbul etməyib "müştərilər imperatordurlar" deyilməsinə etiraz etdilər.